SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Dayanmadan BYD avtomobili satır, amma vergi borcunu ödəmir

Dayanmadan BYD avtomobili satır, amma vergi borcunu ödəmir

  • 05 sentyabr 2025, 09:53

Azərbaycanda Çin istehsalı olan BYD markalı minik avtomobillərinin satıcısı – “BYD Motors Baku” MMC-nin 50 896 manat vergi borcu var.

Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində bildirilir.

2024-cü ildə yaradılmış bu şirkətə Anar Əli oğlu Məlikov rəhbərlik edir. O, həm də 2023-cü ildə təsis edilmiş “BYD Motors” MMC-nin direktorudur. Bu şirkətin vergi borcu yoxdur.

Anar Məlikovun qardaşı Mahir Məlikov isə ötən il dövlət qeydiyyatına alınmış “BYD Motors Azerbaijan” MMC-nin rəhbəridir. Bu şirkətin də vergi borcu yoxdur.

Azərbaycanda BYD markalı maşınlar son illər populyarlaşıb. Onlar əsasən taksi fəaliyyəti ilə məşğul olanların hesabına kütləvi şəkildə satılır.

Prime Leasing
SPE Annual Caspian