SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
AFB Mobile: Müştəri banka deyil, bank müştərinin yanına gəlir - MÜSAHİBƏ

AFB Mobile: Müştəri banka deyil, bank müştərinin yanına gəlir - MÜSAHİBƏ

  • 11 iyun 2026, 15:58

AFB Bank rəqəmsal bankçılıq istiqamətində növbəti addımını ataraq müştərilər üçün tamamilə yeni mobil platformanı istifadəyə təqdim edib. Müasir dizayn və sürətli idarəetmə prinsipi üzərində qurulan tətbiq gündəlik bank əməliyyatlarını daha çevik və rahat edir.

Yurd.Media AFB Bank-ın Rəqəmsal Biznes Sahəsinin rəhbəri Ləman Şeyxəliyevanın FED.az portalına müsahibəsini təqdim edir.

- AFB Bank yeni mobil tətbiqini istifadəyə verib. Bu yenilənmənin əsas məqsədi nə idi?

- Son illərdə insanların bank xidmətlərindən istifadə vərdişləri çox dəyişib. Bu gün hər birimiz gündəlik həyatımızda vaxtımıza daha çox dəyər veririk. Taksi çağırırıq, alış-veriş edirik, ödənişlərimizi edirik – hamısını telefon vasitəsilə. Təbii ki, bank xidmətlərindən də eyni rahatlığı gözləyirik.

AFB Mobile-ı yeniləyərkən əsas məqsədimiz məhz bu idi – müştərinin banka deyil, bankın müştərinin yanına gəlməsini təmin etmək. İstədik ki, istifadəçi tətbiqi açdığı andan etibarən hər şey ona aydın olsun, əlavə axtarış etməsin, əməliyyatlarını qısa müddətdə tamamlaya bilsin. Yəni söhbət sadəcə yeni dizayndan getmir. Biz ümumilikdə bank xidmətlərinin təqdim olunma formasını yenidən düşünmüşük.

- Yeni tətbiqin ən böyük üstünlüklərindən biri nədir?

- Məncə ən vacib yeniliklərdən biri odur ki, artıq AFB Bank-ın müştərisi olmayan şəxslər də banka gəlmədən bir neçə dəqiqə ərzində müştəri ola bilirlər.

Əvvəllər bank xidmətindən yararlanmaq üçün filiala yaxınlaşmaq lazım gəlirdi. İndi isə sadəcə tətbiqi yükləyirsiniz, şəxsiyyətinizi təsdiqləyirsiniz və qısa müddət ərzində hesabınız aktivləşir. Bundan sonra kart sifariş edə, kredit müraciəti göndərə və digər xidmətlərdən istifadə edə bilərsiniz.

- Son dövrlər rəqəmsal kartlar daha populyarlaşır. AFB Mobile bu istiqamətdə hansı imkanları təqdim edir?

-Doğrudan da son illərdə insanların kartdan istifadə vərdişləri dəyişib. Artıq bir çox istifadəçi fiziki kartı gözləmək istəmir. Kartı indi sifariş edib dərhal istifadə etmək istəyir.

Yeni AFB Mobile-da bu imkan yaradılıb. İstifadəçi Mono Digital kartını tətbiq üzərindən sifariş edir və kart bir neçə dəqiqə ərzində hazır olur. Ən vacib məqamlardan biri də budur ki, kartı dərhal Apple Wallet və ya Google Wallet-ə əlavə etmək mümkündür. Yəni kart əlinizə çatmadan belə mağazada, restoranda və ya onlayn alış-veriş zamanı istifadə edə bilərsiniz. Əslində bunun nəticələrini artıq görməyə başlamışıq. Banka rəqəmsal kanallar vasitəsilə qoşulan yeni müştərilərin 75%-i ilk məhsul kimi məhz Mono Digital kart sifariş edir. Bu da onu göstərir ki, insanlar artıq bank xidmətlərinə filiala gəlmədən qoşulmağa və rəqəmsal məhsullardan istifadə etməyə üstünlük verirlər.

Müştərilərimizin bu məhsula marağı da kifayət qədər yüksəkdir. Bu gün təqdim etdiyimiz Digital Mono kartların 78%-i aktiv istifadə olunur. Daha maraqlı məqamlardan biri isə odur ki, həmin kartlarla həyata keçirilən əməliyyatların 99%-i nağdsız formada baş verir. Bu da onu göstərir ki, istifadəçilərimiz rəqəmsal ödəniş vərdişlərini sürətlə mənimsəyirlər və mobil bankçılıq gündəlik həyatlarının bir hissəsinə çevrilir.

- Mono kartı digər kartlardan fərqləndirən əsas üstünlüklər hansılardır?

- Biz Mono kartı hazırlayarkən çalışmışıq ki, o sadəcə ödəniş vasitəsi olmasın, istifadəçiyə gündəlik əlavə fayda qazandırsın.

Məsələn, istifadəçilər kartla etdikləri alış-verişlərə görə keşbek əldə edirlər. Bundan əlavə, kart hesabında saxlanılan vəsaitin əlavə gəlir gətirməsi funksiyası istifadəçilər tərəfindən böyük maraqla qarşılanır. İnsanlar artıq hesablarında olan vəsaitin sadəcə saxlanılmasını deyil, eyni zamanda onlara əlavə fayda gətirməsini istəyirlər. Mono kartın əsas üstünlüklərindən biri də məhz budur.

Bundan başqa, köçürmələr, nağdlaşdırma və digər xidmətlər üzrə də müştərilər üçün sərfəli şərtlər təqdim olunur. Bizim yanaşmamız ondan ibarətdir ki, kart istifadəçinin gündəlik maliyyə həyatında aktiv və faydalı alətə çevrilsin.

- AFB Mobile-da kredit xidmətləri ilə bağlı hansı yeniliklər tətbiq olunub?

- Bu gün insanların ən çox dəyər verdiyi məsələlərdən biri sürətdir. Xüsusilə kredit məhsullarında.

Təsəvvür edin ki, hansısa ehtiyacınız yaranıb və siz günlərlə cavab gözləmək istəmirsiniz. Yeni tətbiqdə kredit müraciəti prosesi məhz bu ehtiyac nəzərə alınaraq qurulub. Müştəri müraciəti tətbiqdən göndərir, sistem avtomatik scoring aparır və qısa müddətdə qərar təqdim edir.

Bir çox hallarda müştəri banka gəlmədən və əlavə sənədləşmə ilə vaxt itirmədən kredit əldə edə bilir. Bu da həm rahatlıq, həm də vaxt baxımından böyük üstünlükdür.

Bu modelin effektivliyini statistik göstəricilər də təsdiqləyir. Son bir ay ərzində verilmiş kreditlərin 49%-i tam rəqəmsal, yəni end-to-end (E2E) formada rəsmiləşdirilib. Bu o deməkdir ki, müştəri müraciətdən vəsaitin əldə edilməsinə qədər olan bütün mərhələləri banka gəlmədən tamamlaya bilir

- Yeni tətbiqdə istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün hansı dəyişikliklər edilib?

Biz tətbiqin hazırlanması zamanı özümüzə bir sual verirdik: "İstifadəçi bu əməliyyatı ən rahat necə edə bilər?"

Məhz buna görə əsas səhifəni sadələşdirdik. Hesablar, kartlar, bildirişlər və ən çox istifadə olunan funksiyalar artıq bir ekranda təqdim olunur.

Digər maraqlı yenilik isə çat əsaslı idarəetmə modelidir. İstifadəçi tətbiqlə sanki dialoq qurur. Bu yanaşma əməliyyatların daha aydın və daha sürətli həyata keçirilməsinə kömək edir. Xüsusilə rəqəmsal xidmətlərdən gündəlik istifadə edən gənc nəsil üçün bu format daha rahatdır.

İstifadəçilərin tətbiqə münasibətini rəqəmlərdə də görürük. Bu gün mobil bank üzərindən həyata keçirilən ödənişlərin həcmi son bir ayda 82% artıb. Eyni zamanda mobil bankda aktiv istifadə göstəricisi artıq 80%-i keçib. Bu isə göstərir ki, müştərilərimiz yeni imkanlardan aktiv şəkildə istifadə edirlər

- Təhlükəsizlik məsələsinə necə yanaşırsınız?

- Rəqəmsallaşma artdıqca təhlükəsizlik məsələsi daha da ön plana çıxır. Buna görə də biz istifadəçi rahatlığı ilə yanaşı təhlükəsizlik standartlarına da xüsusi diqqət ayırmışıq.

Tətbiq biometrik giriş imkanları ilə təmin olunub və müasir təhlükəsizlik mexanizmləri tətbiq edilir. Müştərilərimiz əmin ola bilərlər ki, onların məlumatlarının qorunması və əməliyyatlarının təhlükəsizliyi bizim üçün prioritet məsələdir.

- Gələcəkdə AFB Mobile-da hansı yenilikləri görə bilərik?

- Rəqəmsal bankçılıq çox sürətlə inkişaf edir və biz də bu inkişafın bir hissəsi olmaq istəyirik. Məqsədimiz təkcə bank xidmətlərini tətbiqə köçürmək deyil, istifadəçinin maliyyə həyatını daha rahat idarə edə biləcəyi vahid platforma yaratmaqdır.

Yaxın gələcəkdə AFB Mobile-da süni intellekt (AI) əsaslı funksiyaların istifadəyə verilməsini planlaşdırırıq. Bu funksiyalar istifadəçilərin tətbiqdən daha rahat istifadə etməsinə, onlara daha fərdiləşdirilmiş tövsiyələrin təqdim edilməsinə və bir çox əməliyyatların daha sürətli həyata keçirilməsinə kömək edəcək.

Bununla yanaşı, gələcək baxışımız yalnız bank xidmətləri ilə məhdudlaşmır. İstəyirik ki, AFB Mobile istifadəçilərin gündəlik həyatında tez-tez ehtiyac duyduğu müxtəlif rəqəmsal xidmətlərin də təqdim olunduğu platformaya çevrilsin. Yəni müştəri yalnız bank əməliyyatlarını deyil, gündəlik həyatını asanlaşdıran bir sıra xidmətləri də vahid tətbiq üzərindən əldə edə bilsin.

Bu yenilənmə bizim üçün son deyil, əksinə yeni mərhələnin başlanğıcıdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları