“189 Taxi” xidmətinin mobil tətbiqində bir sıra texniki problemlər yaranıb.
Yurd.Media xəbər verir ki, müştəri tərəfindən kartla edilən ödənilən sürücülərin tətbiqində nağd sifariş kimi görünür və nəticədə sərnişinlərdən ikinci dəfə ödəniş tələb edilir.
Belə ki, müştəri sifarişi bank kartı vasitəsilə ödəyir və məbləğ avtomatik olaraq hesabından çıxılır. Lakin sürücü sifarişi nağd ödənişli kimi gördüyündən təyinat nöqtəsinə çatdıqda gediş haqqını yenidən tələb edir. Bu isə öz növbəsində sürücülər və sərnişinlər arasında mübahisələrə səbəb olur.
“189 Taxi” taksi xidmətinin müştəriləri həmçinin qeyd edirlər ki, tətbiqdə müşahidə edilən digər problem bəzi ünvanların xarici dövlət ərazisi kimi göstərilməsidir. İstifadəçilərin sözlərinə görə, bu nasazlıq da bir müddətdir davam edir.