SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Yeni ili Şahdağda qarşılamaq istəyənlərin DİQQƏTİNƏ

Yeni ili Şahdağda qarşılamaq istəyənlərin DİQQƏTİNƏ

  • 18 dekabr 2025, 17:20
Qusar

Yeni il üçün Şahdağ otellərində 3 günlük paketlərin qiyməti 1 435–2 200 manatdır.

Yurd.Media-nın Şahdağa ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar olaraq "Şahdağ Turizm Mərkəzi" ərazisində yerləşən hotellərdə rezervasiyalar artıq tam dolub:

R.Nəcəfov qeyd edib ki, ənənəvi olaraq Yeni il bayramı münasibətilə Şahdağ hotelləri turistlərə 3 günlük xüsusi paketlər təqdim edir:

“Bu paketlərin qiymətləri 1 435 manatdan başlayaraq 2 200 manatadək dəyişir. Qiymətlər seçilən hotelə və proqramın məzmununa uyğun olaraq fərqlənir”.

QSC sədri bildirib ki, Şahdağ Turizm Mərkəzində eyni vaxtda 1 500 nəfər turistin gecələməsi mümkündür, gündəlik ziyarətçi tutumu isə 10 min nəfərə yaxındır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları