SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Turizm zonası olan qədim tarixə malik Sım kəndi - FOTOREPORTAJ

Turizm zonası olan qədim tarixə malik Sım kəndi - FOTOREPORTAJ

Astara

Astara rayonunun qədim tarixə və əsrarəngiz təbiətə malik olan Sım kəndi Nuh peyğəmbərin övladı Samın adı ilə bağlıdır.

Yurd.Media xəbər yazır ki, toponim faktlarından başqa arxeoloji sübutlar da kəndin qədim tarixindən xəbər verir.

Dağ kəndi olan Sımda çox sayda qaya və qayaüstü təsvirlər, mixi yazıları mövcuddur.

Rəvayət olunur ki, "şah daşı" deyilən qaya hökmdarların əyləşdiyi yer olub. Qayaya yaxın ərazidə dustaqxana şəlaləsi var. Şəlalənin adı yanındakı mağara ilə bağlıdır. Giriş və çıxış kimi yalnız bir keçidi olan mağaradan dustaqların saxlanılması üçün istifadə olunub.

Kəndin tarixi haqda məlumatların orta məktəb dərsliklərinə salınması planlaşdırılır.

Həmçinin, Sım kəndində eyniadlı şəlalənin ətrafında qonaqların dayanması üçün alaçıqlar inşa ediləcək.

Hazırda şəlalənin ətrafında yalnız bir alaçıq var və gələn turistlər üçün bu kifayət etmir.

Dəmir konstruksiyalı daldalanacağın müəyyən hissələri artıq əraziyə gətirilib.

Agentliyin məlumatına görə istirahət zonalarında quruculuq işlərinin aparılması turizmin və ümumi nəticədə ölkə iqtisadiyyatının inkişafı üçün mühümdür. 

Prime Leasing