SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Turizm eksperti: Təhlükəsizlik amili ölkədaxili səyahətə marağı artırıb

Turizm eksperti: Təhlükəsizlik amili ölkədaxili səyahətə marağı artırıb

Dünyada mövcud vəziyyət fonunda Azərbaycan vətəndaşları daha çox ölkədaxili səyahətə üstünlük verirlər. Turizm sahəsində əsas meyarın təhlükəsizlik olduğunu bildirən ekspertlər qeyd edirlər ki, insanlar riskli istiqamətlərə səfər etməkdən çəkinirlər.

Turizm eksperti Əziz Şiriyev Yurd.Media-ya açıqlamasında bildirib ki, hazırkı şəraitdə Azərbaycan ən təhlükəsiz ölkələrdən biri kimi qiymətləndirilir və bu da daxili turizmin canlanmasına səbəb olur.

“Turizm və insanlar üçün ən vacib məqam təhlükəsizlikdir. Təhlükəli hesab edilən yerlərə heç kim səfər etmək istəmir. Hazırda Azərbaycan təhlükəsiz ölkə kimi seçilir və vətəndaşlarımız əsasən regionlara səyahət etməyə üstünlük verirlər”, – deyə ekspert vurğulayıb.

Ə.Şiriyevin sözlərinə görə, turizm şirkətləri də mövcud vəziyyəti nəzərə alaraq bir, iki və üç günlük ölkədaxili tur paketləri hazırlayıblar və bu paketlər münasib qiymətlərlə təklif olunur.

O əlavə edib ki, xaricdən turist axınının azalması hotellərin turizm şirkətləri ilə daha sıx əməkdaşlıq etməsinə şərait yaradıb:

“Hotellər turizm şirkətlərinə xüsusi təkliflər verirlər. Korporativ əməkdaşlıq və iş birliyi nəticəsində vətəndaşlara daha sərfəli qiymətlərlə keyfiyyətli xidmətlər təqdim olunur”.

Ekspertin fikrincə, bu tendensiya yaxın dövrdə də ölkədaxili turizmə marağın yüksək qalacağını göstərir.

Turizm eksperti Əziz ŞiriyevTurizm eksperti Əziz Şiriyev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları