SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Turistlərin Azərbaycanın regionlarına səyahəti asanlaşdırılacaq

Turistlərin Azərbaycanın regionlarına səyahəti asanlaşdırılacaq

  • 24 iyun 2025, 11:49

Azərbaycan Turizm Bürosunun “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə əməkdaşlığı turistlərin regionlara səyahətini asanlaşdıracaq.

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Dəmiryolu Muzeyində Büro ilə ADY arasında tərəfdaşlıq memorandumlarının imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ADY ilə qurulan bu tərəfdaşlıq dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə verməyi hədəfləyir:

“Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili planlaşdrılır".

Prime Leasing