SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
İcraçı direktor: “Regionlarda turizmlə bağlı proqramlar azlıq təşkil edir”

İcraçı direktor: “Regionlarda turizmlə bağlı proqramlar azlıq təşkil edir”

  • 18 iyun 2025, 11:48

Regionlarda turizm anlayışı, turizm məhsullarının yaradılması, bu sahədə marketinq və satış üsulları kimi mövzularda keçirilən təlimlər, maarifləndirmə proqramları azlıq təşkil edir.

Bunu Yurd.Media-ya açıqlamasında “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyib.

O bildirib ki, xidmət səviyyəsinin təkmilləşdirilməsi istiqamətində də işlərin aparılmasına ehtiyac var:

“Son illər ərzində ölkə ərazisində yeni turizm istiqamətlərinin formalaşması ilə bağlı işlər aparılır. Ancaq ənənəvi istiqamətlər daha yüksək dinamika ilə işləyirlər və daha çox turist qəbul edirlər. Azərbaycanda regional turizm mövsümdən asılıdır və bu asılılıq azalmır. Nəticədə regionlarda turizm sənayesi biznesinin tam inkişafı həyata keçmir”.

İcraçı direktor diqqətə çatdırıb ki, regionlar turizm potensialı və müxtəlif turizm ehtiyatları ilə zəngin olsa belə, hələ ki, bir çox ehtiyatlardan məharətlə istifadə edilməyib:

“Ölkənin hər bir guşəsi təbii və antropogen ehtiyatlarla zəngindir. Diqqəti ona da çəkmək istəyirəm ki, son illər maddi və qeyri-maddi irs nümunələrinin qorunması, bərpası və inkişafı məsələlərinə ölkədə xüsusi diqqət yetirilir. Məhz bu nümunələrin turizm məqsədilə istifadə edilməsinə, onların əsasında turizm məhsullarının yaradılmasına xüsusi diqqət yetirməliyik. Düşünürəm ki, ölkəyə gələn turistlərdə əvəzsiz təəssüratların yaradılması məhz bu üsulla mümkündür”.

Hotelçilik sahəsinin genişləndiyini vurğulayan S. Dübəndi bu sahədə kəmiyyətlə birgə keyfiyyət artımının baş vermədiyini əlavə edib.

Prime Leasing