SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bayramda avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlanıb

Bayramda avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlanıb

  • 10 iyun 2025, 13:10

İyunun 5-9-da ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Yerüstü Nəqliyyat Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1034 reys həyata keçirilib, 31636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1253 reyslə 22446 sərnişin daşınıb.

Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 40%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Qeyd edək ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.

Prime Leasing