SÜJET
Qəbələ Beynəlxalq Hava Limanı Birləşmiş Ərəb Əmirliklərinin ultra aşağı büdcəli milli aviadaşıyıcısı “Wizz Air Abu Dhabi”nin Əbu-Dabi–Qəbələ marşrutu üzrə ilk birbaşa reysini qarşılayıb. Bu marşrut Qəbələni “WIZZ Air”in marşrut xəritəsində Bakıdan sonra Azərbaycanın ikinci təyinat nöqtəsinə çevirir və ölkənin regional aviasiya infrastrukturunun gücləndirilməsi baxımından əhəmiyyətli bir mərhələ sayılır.
Yurd.Media xəbər verir ki, yeni marşrut Azərbaycanın şimal-qərb bölgəsini Yaxın Şərqin aparıcı aviasiya qovşaqlarından biri ilə birləşdirir və həm turizm, həm də biznes səfərləri üçün sərfəli və birbaşa səyahət imkanları yaradır. Reyslər həftədə üç dəfə — çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bir istiqamət üzrə biletlərin qiyməti 24,99 ABŞ dollarından başlayır. Aviabiletləri artıq wizzair.com saytında və WIZZ mobil tətbiqində əldə etmək mümkündür.