Astaranın Sım kəndinin keçmiş məişətinə aid tarixi əhəmiyyətli əşyalar sakinlər tərəfindən toplanaraq qorunur.
Yurd.Media xəbər verir ki, qədimi əşyaların daimi olaraq tapılıb yığılması sakinlərin öz təşəbbüsləri ilə həyata kecirilir.
Tariximizin yaşadılmasında önəmli olan bu qədimi əşyaların əksəriyyəti müasir zamanımızda istifadə olunmadığı üçün tədqiqata ehtiyac duyulur.
Qeyd edək ki, arxeoloji tapıntılar Astara muzeyində də mövcuddur.
Kolleksiyanın bu ilin dekabr ayında açıq muzeydə təqdimatı keçiriləcək.
Hündürlüyü 30 metrə çatan Sım şəlaləsi "şirhal" adı ilə də tanınır.