SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Səyyahlar Xankəndidən Avropa və Kanadaya məktublar göndərdilər - FOTO

Səyyahlar Xankəndidən Avropa və Kanadaya məktublar göndərdilər - FOTO

  • 10 iyul 2025, 16:21
Xankəndi

Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya verilən məlumata görə, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi işğaldan azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Səyyahlar Xankəndi şəhər poçt şöbəsində də olublar. Dünyaca məşhur olan səyyah İrlandiyalı David Joseph Langan Xankəndi şəhəri poçtundan İrlandiya və Kanadaya məktub və açıqca göndərib. Bu tarixi bir hadisə səyyahlarda xoş ovqat yaradıb.

Prime Leasing