SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Partizan Məmmədin ev muzeyi üçün 106 min manat ayrıldı

Partizan Məmmədin ev muzeyi üçün 106 min manat ayrıldı

  • 05 avqust 2025, 21:27
İsmayıllı

İsmayıllının “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Partizan Məmməd Bağırovun ev muzeyinin bədii-tərtibat xidmətləri həyata keçiriləcək.

Yurd.Media xəbər verir ki, Dövlət Turizm Agentliyi bunun üçün "Atashgah Art Center" Məhdud Məsuliyyətli Cəmiyyətinə 105,9 min manata ödəyəcək.

Qeyd edək ki, Məmməd Səməd oğlu Bağırov 2 oktyabr 1920-ci ildə indiki İsmayıllı rayonunun Basqal kəndində sənətkar ailəsində anadan olub. Basqalda məktəbi 7-ci sinfə qədər oxuyub, orta təhsilini 1941-ci ildə Bakıda bitirib. Bundan sonra Gürcüstanın Telavi şəhərindəki artilleriya məktəbinə daxil olub və 1942-ci ildə topçu ixtisası və leytenant hərbi rütbəsi alıb. Həmin ilin mart ayında isə cəbhəyə yola düşüb. Bağırov İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, Pistoya şəhərinin fəxri vətəndaşı (1978), “Ubaldo Fantaççi” partizan briqadasının üzvü olub. O, 9 oktyabr 1997-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.

Prime Leasing