Novruz bayramına sayılı günlər qalıb. Təbii ki, tətilini bölgələrdə keçirmək istəyənlərin sayı kifayət qədər çoxdur.
Yurd.Media xatırladır ki, Yeni il ərəfəsində paytaxtda və bölgələrdə istirahət mərkəzlərinin qiymətləri xeyli artmışdı. Bəs Novruz bayramında vəziyyət necə olacaq?
Turizm ekspertləri Baku TV-yə bildiriblər ki, tələbat yüksək olduğu üçün bayram ərəfəsində bölgələrdə hotellərin və kirayə evlərin qiymətlərində artım qaçılmazdır.
Ən bahalı hotellər ənənəvi olaraq Qəbələ, Quba, Lənkəran və Qarabağ bölgələrində yerləşir.