SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Jurnalistlər İsmayıllının turizm və inkişaf potensialı ilə tanış oldular - FOTO

Jurnalistlər İsmayıllının turizm və inkişaf potensialı ilə tanış oldular - FOTO

  • 23 iyul 2026, 11:07
İsmayıllı

Azərbaycan jurnalistləri İsmayıllının turizm və inkişaf potensialı ilə əyani şəkildə tanış olublar. 

Yurd.Media xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə İsmayıllı rayonuna mediaturu təşkil edilib.

Media nümayəndələri rayonda görülən abadlıq-quruculuq işləri, turizm və sənaye obyektləri tanış olmaq məqsədilə rayonun Basqal qəsəbəsi, Buynuz, Qalacıq, İvanovka, Hacıhətəmli kəndlərinə səfər ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb.

Media nümayəndələri onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları