SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Dövlət Turizm Agentliyi 134 min manata sağlamlıq turizmi üzrə konfrans keçirəcək

Dövlət Turizm Agentliyi 134 min manata sağlamlıq turizmi üzrə konfrans keçirəcək

  • 06 avqust 2025, 08:51

Dövlət Turizm Agentliyi növbəti sağlamlıq turizmi üzrə konfransın təşkili üçün tərəfdaş seçib.

Yurd.Media xəbər verir ki, Agentlik konfransın təşkilini həyata keçirəcək "CCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə 134 min manat ödəyəcək.

Qeyd edək ki, 2018-ci ildə yaranmış"CCS" şirkətinin qanuni təmsilçisi Anastasiya Sultanovadır.

Xatərıadaq ki, ötən ilin oktyabr ayında da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdu.

Prime Leasing