SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Gürcüstan Azərbaycandan səfər edənlərdən 170 milyon dollar qazandı

Gürcüstan Azərbaycandan səfər edənlərdən 170 milyon dollar qazandı

  • 21 oktyabr 2025, 16:32

Gürcüstan Azərbaycandan səfər edənlərdən 170 milyon dollara yaxın qazanc əldə edib.

Yurd.Media xəbər verir ki, Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan olan turistlərdən 169 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 32,8% və yaxud 41,8 milyon ABŞ dolları artıb.

Hesabat dövründə Gürcüstan beynəlxalq turizmdən rekord səviyyədə - 3,6 milyard ABŞ dolları həcmində gəlir əldə edib ki, bu da ötən ilin analoji göstəricisindən 5,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 34,9% artaraq 220 168 nəfər təşkil edib.

 

Prime Leasing