SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda bu turizm infrastrukturu üçün 20 milyon manata yaxın pul xərclənəcək

Azərbaycanda bu turizm infrastrukturu üçün 20 milyon manata yaxın pul xərclənəcək

  • 06 oktyabr 2025, 16:00

 Azərbaycanın Sərsəng su anbarında  turizm infrastrukturunun yaradılmasına 20 milyon manata yaxın pul xərclənəcək.

Yurd.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bununla bağlı hazırlıqlara start evrib.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırda təmir və bərpa işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Qurum sözügedən işlərin icrasına 19,7 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Sərsəng su anbarının layihələndirilməsi işlərini isə Türkiyənin "Temelsu Uluslararası Mühendislik Hizmetleri Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı 784.000 manata hazırlayıb.

Məlumat üçün onu da bildirək ki, Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq. Dövlət Turizm Agentliyi bu məqsədlə hələ cari ilin iyul ayında layihə-smeta sənədlərinin hazırlanmasına start verib. Bu işləri "Apex Group" həyata keçirəcək.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

Prime Leasing