SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Astaranın Sım kəndi turizm yeri kimi yüksək qiymətləndirilib

Astaranın Sım kəndi turizm yeri kimi yüksək qiymətləndirilib

Astara

Dövlət Turizm Agentliyinin qiymətləndirməsindən sonra Astara rayonunun Sım kəndində turist qəbulunun potensialı yüksək hesab edilib. 

Yurd.Media xəbər verir ki, əlaqədar təşkilatların iş birliyi ilə kəndin müxtəlif yerlərində turistlərə hər bir şəraitlə təchiz edilmiş evlər təklif olunur. Lakin turist axınının qarşılanması və xidmət göstərilməsi üçün kirayə evlərin artırılmasına yenə ehtiyac duyulur. 

Kəndin zəngin florasında iki yüzdən çox bitki-gül müşahidə edilir. İçməli su kimi 83 ədəd bulağın suyundan istifadə olunan bu turizm zonasında dörd yerdə şələlə var.

Tur bələdçiləri qeyd edirlər ki, son dövrlər kəndə xarici turist axını intensivləşib.

Prime Leasing