SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Dövlət Agentliyindən daha bir ərazidə “Turistik kənd” layihəsi

Dövlət Agentliyindən daha bir ərazidə “Turistik kənd” layihəsi

  • 06 mart 2026, 15:03

Dövlət Turizm Agentliyi daha bir ərazidə “Turistik kənd” layihəsi həyata keçirəcək.

Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, Qax rayonunun İlisu kəndində turizm infrastrukturu yaradılacaq.

Sözügedən layihə çərçivəsində kənd ərazisində bir sıra söküntü, təmir, bərpa və abadlıq işləri icra olunacaq.

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində turizm sahəsinə xüsusi diqqət ayrılır.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib. Layihənin məqsədi turizm potensialı olan kəndləri daha abad və cəlbedici hala gətirmək və turistlər üçün əlçatan və maraqlı bir zonaya çevirməkdir. Bu, nəticə olaraq məşğulluq imkanlarının artmasına töhfə verməklə yanaşı həm də turizmin daha da inkişafına gətirib çıxarır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları