SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Yeni təyin edilən rektor kimdir? - DOSYE

Yeni təyin edilən rektor kimdir? - DOSYE

  • 07 iyul 2025, 15:40

Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Yurd.Media-nın məlumatına görə, 53 yaşlı Nazim Pənahov Azərbaycan Tibb Universitetində çalışırdı. O, 2024-cü ilin oktyabr ayından tədris işləri üzrə prorektor idi.

N.Pənahov 2016-cı ildən 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb. Həmçinin, səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.

Prime Leasing