SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Sabah təkrar imtahanlar keçiriləcək

Sabah təkrar imtahanlar keçiriləcək

  • 20 iyun 2026, 11:22

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçirəcək.

DİM-dən Yurd.Media-ya bildirilib ki, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq.

Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin şəxslər "İmtahana buraxılış vərəqəsi"ni müvafiq link vasitəsilə çap edə bilirlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəblərə müraciət edən şagirdlər - cari və əvvəlki illərin IX sinif şagirdləri də imtahanda iştirak edə biləcəklər. Onlar da "İmtahana buraxılış vərəqəsi"ni onlayn qaydada əldə edə bilirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı, eləcə də iştirakçının imtahan binasına gəlmə vaxtı və digər zəruri məlumatlar əks olunub.

Qeyd edilib ki, imtahanlar saat 10:00-da başlanır və 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları