SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Qusarda sosial sahə üzrə rəqəmsal savadlılıq təlimi keçirilib

Qusarda sosial sahə üzrə rəqəmsal savadlılıq təlimi keçirilib

  • 24 iyul 2025, 15:49
Qusar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması məqsədilə təlimlərini davam etdirir.

Yurd.Media xəbər verir ki, mərkəz növbəti rəqəmsal savadlılıq təlimini Qusar rayonunda keçirib. Tədbir zamanı DOST RİM əməkdaşı Nazirliyin sosial sahədə vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlərlə bağlı təqdimatla çıxış edib.

Bu xidmətlərin əlçatanlığı və funksionallığı ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Sonda vətəndaşların sualları cavablandırılıb.

Qeyd edilən tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasıdır.

Prime Leasing