Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Yurd.Media-ya bildirilib ki, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq.
Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan da iyunun 7-də keçiriləcək.
Qeyd edək ki, qəbul imtahanında iştirak üçün bu gündən başlayan qeydiyyat prosesi aprelin 29-dək davam edəcək.