Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə reallaşıb.
Yurd.Media xəbər verir ki, forumun açılış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək forumun məqsədi və əhəmiyyəti barədə danışıblar. Natiqlər müasir təhsil sistemində yeni nəslin düzgün tərbiyəsinin aktuallığını vurğulayıblar.
Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Aynur Paşayeva çıxış edərək çağdaş təhsil mühitində tətbiq edilən yeniliklər və pedaqoji yanaşmalar barədə fikirlərini bölüşüblər.
Forum işini panel müzakirə ilə davam etdirib, qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.