SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Peşə təhsilində beynəlxalq ikili diplom proqramları olacaq

Peşə təhsilində beynəlxalq ikili diplom proqramları olacaq

  • 14 may 2026, 20:18

Peşə təhsili sistemində beynəlxalq ikili diplom proqramları tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, Azərbaycanda peşə təhsili kurikulumlarına süni intellekt, yaşıl enerji və kiber təhlükəsizlik kimi müasir sahələr daxil edilir.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində təhsil proqramları yenidən hazırlanacaq. Yeni proqramlarda rəqəmsal bacarıqlar, süni intellekt, yaşıl enerji və kiber təhlükəsizlik üzrə kompetensiyaların kurikulumlara daxil edilməsinə üstünlük veriləcək.

Həmçinin, səriştə əsaslı dual (ikili) təhsil proqramlarının tətbiqi genişləndiriləcək. Plan çərçivəsində 2029–2030-cu illərdə peşə təhsili sistemində beynəlxalq ikili diplom proqramlarının tətbiqi də nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları