Ötən il Azərbaycanda 58 saxta diplom aşkarlanıb.
Yurd.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunub.
"2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və 48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün Elm və Təhsil Nazirliyinə müvafiq sorğular göndərilib. Sorğulara cavab olaraq 58 nəfərə aid sənədlər üzrə uyğunsuzluqlar aşkarlanıb. Bunlardan 22 bakalavr və 36 orta ixtisas diplomu barədə məlumatın mövcud olmadığı, həmin sənədlərin dövlət nümunəli olmadığı və ya hüquqi əsasının olmadığı bildirilib", - nəşrdə bildirilir.
Mərkəz həmin diplomlarla bağlı araşdırmaların aparılması və hüquqi qiymətin verilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib.//"Trend"