SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bu bölgələrdə oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - SİYAHI

Bu bölgələrdə oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - SİYAHI

  • 20 iyun 2026, 14:16

Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarında oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var.

Yurd.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu barədə 2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili göstərir.

Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb.

"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər", - məlumatda qeyd edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları