Mingəçevirdə məktəbli dərs zamanı pəncərədən yıxılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Yurd.Media-ya bildirilib ki, Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.
Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.
Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib.
Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib:
"Xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".