Mingəçevirdə ali təhsil müəssisəsi kompüter avadanlıqlarına 1 milyon manat xərcləyəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Mingəçevir Dövlət Universiteti (MDU) “İtech Group” şirkəti ilə müqavilə bağlayıb.
Belə ki, müqavilədə kompüter və İKT avadanlıqların satın alınması nəzərdə tutulub.
Bağlanmış müqavilənin maliyyə dəyəri 969 min 694 manat olaraq müəyyənləşib.