SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Kiçik addımlar, böyük başlanğıc – FOTOREPORTAJ

Kiçik addımlar, böyük başlanğıc – FOTOREPORTAJ

Azərbaycanda yeni dərs ili başlayıb və 15 sentyabr – Bilik Günü münasibətilə məktəblərdə ilk zəng mərasimləri keçirilib.

Yeni dərs ilinin başlanması A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə də tədbirlə qeyd olunub.

Yurd.Media xəbər verir ki, tədbirdə məktəbin rəhbərliyi, müəllim kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Ardınca çıxış edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Yasəmən Əliyeva yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik edib. Direktor əvəzi məktəbin ötən tədris ilində əldə etdiyi nəticələrdən, qarşıda duran vəzifələrdən və yeni dərs ilində həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışıb.

Tədbirdə ilk dəfə məktəbə qədəm qoyan birincilər də xüsusi diqqət mərkəzində olublar. Onlar üçün bu gün həm yeni tədris ilinin başlanğıcı, həm də həyatlarının yeni mərhələsinə atılan ilk addım olub. Valideynlər övladlarının məktəbə ilk addımını izləyib, şagirdlər isə yeni sinif otaqları və müəllimləri ilə tanış olublar.

Tədbir iştirakçıları şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb, onları bilik əldə etməyə və məktəb həyatında fəal iştirak etməyə çağırıblar.

Xatırladaq ki, ölkə başçısı, prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə  15 sentyabr tarixi Azərbaycanda Bilik Günü kimi qeyd olunur.

Skat.az - Ev və Avtomobil elanları