SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
İmtahan Tovuzdan Göygölə keçirildi - SƏBƏB

İmtahan Tovuzdan Göygölə keçirildi - SƏBƏB

  • 14 iyun 2026, 12:58
Tovuz

Tovuzun “Turan” qadın voleybol klubunun 2026 – 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yurd.Media-ya bildirilib ki, bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib.

Məkan dəyişikliyi ilə əlaqədar abituriyentlərin (subbakalavrların) imtahana buraxılış vərəqələri yenilənib. İmtahanda iştirak edəcək abituriyentlərdən (subbakalavrlardan) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni yenidən çap etmələri xahiş olunur.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları