SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Deputat: Özəl məktəblərdə təhsil haqqının yüksək olması əsassızdır

Deputat: "Özəl məktəblərdə təhsil haqqının yüksək olması əsassızdır"

Hazırda Azərbaycan orta ümumtəhsil üzrə özəl tədris müəssisələrində illik təhsil haqqı 3 000 - 55 000 manat aralığındadır. Qiymətlərə tədris, yemək, məktəbli avtobusu və əlavə məşğələlər daxil ola bilər. Ən çox özəl məktəb Bakı və Abşeron ərazisində yerləşir Bölgələrdə də tədricən özəl məktəblər açılır. Bir sıra təhsil ekspertləri özəl məktəblərdə qiymətlərin həddindən artıq şişirdildiyini vurğulayır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da Yurd.Media-ya bildirib ki, özəl məktəblərdə illik təhsil haqqı həddindən artıq yüksəkdir.

Onun sözlərinə görə, bəzi valideynlərdə ödənişli müəssisələrdə təhsil səviyyəsinin daha yüksək olması fikri formalaşıb, buna görə ödənişli məktəblərə daha çox üstünlük verirlər:

"Lakin mən düşünürəm ki, bütün özəl məktəblərdə təhsil səviyyəsi yüksək deyil".

Deputat qeyd edib ki, burada dövlət tənzimlənməsinə ciddi ehtiyac var, çünki həmin tədris ocaqlarında təhsil haqqının belə yüksək olması əsassızdır. O qeyd edib ki, digər ölkələrin hətta universitetlərində illik təhsil haqqı 30-50 min manatdan aşağıdır:

"Bizdə isə bu məbləğ qarşılığında özəl məktəblər fəaliyyət göstərir. Bu tip təhsil ocaqlarının öz şərtlərini irəli sürmə hüququ olmasına baxmayaraq bu sahədə kvota tətbiq olunmalıdır ki, oxumağa marağı olan uşaqlar bu cür məktəblərdə təhsil ala bilsinlər. Dövlət  məktəbləri ilə müqayisə etsəm, deyə bilərəm ki, təhsilin keyfiyyət səviyyəsi arasında ciddi fərqi yoxdur. Burada özəl məktəbin cüzi üstünlüyündən söhbət gedə bilər" - deyə, C.Məmmədov bildirib.

Milli Məclisin deputatı Ceyhun MəmmədovMilli Məclisin deputatı Ceyhun Məmmədov

Bu il üçün özəl məktəblərin təhsil haqlarını təqdim edirik:

Məktəbİbtidai (I–IV)Orta (V–IX)Tam (X–XI/XII)
Bakı Atatürk Liseyi2500 – 4500––
Simurq Liseyi2625 – 52502890 – 3940–
Western School–6000–
Müasir İnnovasiyalar Liseyi6000 – 700060008000
Landau School6300 – 87007300 – 8700–
Erudit Liseyi–6500–
Hədəf Liseyi6500 – 90005000 – 9000–
Yaşam Beynəlxalq Məktəbi6560 – 72507250 – 86704600
Bakı Beynəlxalq Təhsil Kompleksi8000 – 9000––
Kaspi Liseyi8350 – 90008850 – 90508950 – 9450
Ada School15 000–8400 – 11550
Bakı İstanbul Liseyi–9000 – 10 000–
Evrika Liseyi9000 – 10 5009600 – 14 500–
Beynəlxalq Maarif Məktəbləri9201 – 10 86210 357 – 12 307–
İdrak Liseyi10 000 – 15 00010 500 – 16 500–
Dünya Məktəbi––15 000 – 17 500
Avropa Azərbaycan Məktəbi11 25013 25016 150
XXI Əsr Beynəlxalq Təhsil Mərkəzi–12 000 – 14 500–
Britaniya Məktəbi12 000––
Bakı Modern Təhsil Kompleksi––12 000 – 25 000
Sabis Sun School––14 400 – 15 900
Sabah School––15 000
Oxbridge Academy Baku15 64015 640 – 18 02020 740 – 24 820
Bakı Oxford Məktəbi17 000 – 17 50017 500 – 18 00018 000 – 20 500
Müasir Təhsil Kompleksi18 30014 800 – 18 000–
Azərbaycan Britaniya Kolleci20 00012 000 – 14 500–
Azərbaycan Beynəlxalq Məktəbi–54 900–
Skat.az - Ev və Avtomobil elanları