SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bölgələrdə inklüziv məktəb imkanlarının artırılması təklif olunur

Bölgələrdə inklüziv məktəb imkanlarının artırılması təklif olunur

  • 26 sentyabr 2025, 15:47

Bölgələrdə inklüziv məktəb imkanlarının artırılması təklif olunur.

Yurd.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda inklüziv təhsillə bağlı bir çox işlər həyata keçirilir. Bu gün Azərbaycanda təxminən 60-70 min sağlamlıq imkanı məhdud olan uşaq var”.

Dünyada bu tendensiyanın sürətlə getdiyi bildirən deputat qeyd edib ki, doğulan hər 39 uşaqdan birində bu özünü göstərir:

"Getdikcə Azərbaycanda da bu özünü göstərir. 12 minə yaxın sağlamlıq imkanı məhdud uşaq təhsilə cəlb olunub. Onlardan 1105-i xüsusi məktəblərdə, 2664-ü internat məktəblərində, 7750-si evdə təhsilə cəlb olunub.

Son rəqəmə görə, təxminən 70-ə yaxın bizim belə məktəbimiz var. Bu istiqamətdə, xüsusilə bölgələrdə sağlamlıq imkanı məhdud olan uşaqlarla bağlı çətinliklər yaşanır. Ona görə inklüziv məktəbin imkanlarının artırılması barədə düşünməliyik”, - deputat bildirib.

Prime Leasing