SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

  • 23 may 2026, 15:41

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib . Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.

Yurd.Media xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Eım və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir: "Amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan  əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var".

Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbiri bayram kimi səciyyələndirib: Bu gün həm də bayramdır. Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir.  Odur ki, İngla Scoolun təşkilatçılığı ilə keçirilən sərgilərin davamlı olmasını arzu edirik. Hər birimiz bu prosesə töhfə verməliyik".

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, bizim ailəmiz Türk dünyasıdır: "Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək".

Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib ki, Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərir:

"Tələbə mübadilələri, qarşılıqlı layihələr də bunu təsdiq edir. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək".

İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.

Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib. 

Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları