SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gəncləri kitabdan uzaqlaşdıran əsas səbəb nədir? - ARAŞDIRMA

Gəncləri kitabdan uzaqlaşdıran əsas səbəb nədir? - ARAŞDIRMA

Texnologiyanın sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi gənclərin həyat tərzinə də təsir edib. Son illər gənclər arasında kitab oxumağa marağın azaldığı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, bəzi mütəxəssislər problemin kitaba marağın itməsi deyil, zaman çatışmazlığı və dəyişən həyat ritmi ilə əlaqəli olduğunu düşünürlər.

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Yurd.Media-ya bildirib ki, telefon və sosial şəbəkələrdən həddindən artıq istifadə diqqət dağınıqlığı və təşviş hallarına səbəb ola bilər:

“İnsanlar qısa və sürətli məzmunlara öyrəşdikcə diqqəti uzun müddət bir nöqtədə saxlamaq çətinləşir. Buna görə də bir çox insan artıq rahat şəkildə kitab oxumaqda çətinlik çəkir. Bu isə daxildə narahatlıq və psixoloji gərginlik yarada bilər”.

Psixoloq sosial şəbəkələrin təsirini Azərbaycan filmlərindəki “göygöz kosa” obrazı ilə müqayisə edib:

“İnsan əvvəlcə təhlükəni hiss etmir. Lakin zaman keçdikcə bu təsirlər daxilində narahatlıq və vahimə yarada bilir. Sosial şəbəkələrin də uzunmüddətli istifadəsi müəyyən psixoloji təsirlər göstərə bilər”.

psixoloq Aytən Ələkbərovapsixoloq Aytən Ələkbərova

Onun sözlərinə görə, kitab oxumaq insanı düşünməyə, analiz etməyə və davranışlarını daha yaxşı idarə etməyə kömək edir:

“Bəzən insan bir cümləni ikinci dəfə oxuyur və sonra "hə, indi anladım" deyir. Bu, beynin düşünmə və analiz prosesidir”.

Psixoloq gənclərə xüsusilə detektiv və araşdırma yönümlü kitablara üstünlük verməyi tövsiyə edib. O qeyd edib ki, eyni kitabı müəyyən müddətdən sonra yenidən oxumaq insanın psixoloji və düşüncə inkişafını müşahidə etməyə kömək edə bilər.

Yurd.Media-nın tələbələr arasında apardığı sorğuya əsasən , internet və sosial şəbəkələrdən aktiv istifadə etsələr də, kitab onların həyatında xüsusi yer tutur.

Tələbələr gündəlik həyat tempini kitab oxumağa mane olan əsas amil kimi qeyd edirlər. Onlar kitab oxumağa ən böyük maneələrdən birinin vaxt azlığı olduğunu bildirirlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları