SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Elm və Təhsil Nazirliyinin tabeliyində daha iki institut təsis edildi

Elm və Təhsil Nazirliyinin tabeliyində daha iki institut təsis edildi

  • 14 may 2026, 18:06

Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyində daha iki institut təsis edildi.

Yurd.Media xəbər verir ki, Baş nazir Əli Əsədov Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, eləcə də Tətbiqi Elmlər İnstitutunun yaradılması ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, hər iki qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Yeni yaradılan institutların müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik olması nəzərdə tutulur.

Sənədə əsasən, publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı səlahiyyətlər Nazirlər Kabinetinə həvalə olunub. Digər təsisçi səlahiyyətlərini isə Elm və Təhsil Nazirliyi həyata keçirəcək.

Elm və Təhsil Nazirliyi iki ay müddətində yeni institutların nizamnamələrini təsdiqləməli, bundan sonra isə onların dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlər görməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları