SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakı, Sumqayıt və Abşeronda qəbul imtahanı üçün 63 bina hazırlanıb

Bakı, Sumqayıt və Abşeronda qəbul imtahanı üçün 63 bina hazırlanıb

  • 12 iyun 2026, 12:54

Bakı, Sumqayıt, və Abşeronda 63 binada magistraturaya qəbul imtahanı təşkil olunacaq. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Yurd.Media-ya bildirilib ki, iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Bakalavrlardan 10632 ücari ilin, 5087 isə əvvəlki illərin məzunlarıdır, 35 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 63 ümumi rəhbər, 175 imtahan rəhbəri, 1442 nəzarətçi, 202 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda 19 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları