SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Azərbaycanda 15 illik uşaq bağçası bağlanır

Azərbaycanda 15 illik uşaq bağçası bağlanır

  • 09 may 2025, 10:48
Bakı

Şüvəlan uşaq bağçası ləğv edilir.

Yurd.Media-nın məlumatına görə, Trend xəbər verir ki, bu barədə məktəbəqədər təhsil müəssisəsi özü elan edib.

Belə ki, uşaq bağçasının hansı səbəbdən bağlanılması məlum deyil.

Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 23, mənzil 35 ünvanına bildirə bilərlər.

Sözügedən uşaq bağçası 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan məktəbəqədər təhsil müəssisəsinin qanuni təmsilçisi Kazımov Elçin Sahib oğludur.