SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Orta məktəbdə müəllimlər dərs saatları üstündə əlbəyaxa oldular

Orta məktəbdə müəllimlər dərs saatları üstündə əlbəyaxa oldular

  • 01 oktyabr 2026, 10:17
Ağstafa

Ağstafada orta məktəb müəllimləri arasında dərs bölgüsü üstündə insident baş verib. 

Yurd.Media xəbər verir ki, hadisə Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli Tam Orta Məktəbdə qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü P.Məmmədova ilə iş yoldaşı S.Əhmədova arasında dərs bölgüsü üstündə münaqişə yaranıb. Bu zaman P. Məmmədova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları