SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Yeni Yasamalda yol problemi illərdir həllini tapmır

Yeni Yasamalda yol problemi illərdir həllini tapmır

Bakı

Paytaxtın Yeni Yasamal ərazisində yerləşən 286 nömrəli məktəbin qarşısı- Dadaş Bünyadzadə küçəsinin asfalt örtüyü illərdir acınacaqlı vəziyyətdədir.

Yurd.Media "Baku TV"yə istinadən xəbər verir ki, sözügedən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə olsa da, uzun illərdir təmirdən kənarda qalıb.

Küçədən gündəlik istifadə edən sürücülər və sakinlər yolun bərbad vəziyyətindən narahatdır.

Xüsusilə də məktəb binasının qarşısında yol örtüyünün bərbad vəziyyətdə olması həm şagirdlər, həm də valideynlər üçün narahatlıq yaradır.

Ərazidəki yaşayış binalarının, məktəbin və ictimai iaşə obyektlərinin mövcudluğu nəzərə alınaraq, aidiyyəti qurumların məsələni nəzarətə götürməsi və təmir işlərinə başlaması vacibdir.

Qeyd olunur ki, yolun Əsəd Əhmədov küçəsi ilə Məhəmməd Xiyabani küçəsinin kəsişməsinə qədər olan hissəsi əsaslı təmirə ehtiyac duyur.