SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

  • 12 may 2025, 15:15
Yardımlı

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yurd.Media komitəyə istinadən xəbər verir ki, qəbul mayın 16-da saat 10:00-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev küç.165) baş tutacaq.

Qəbul zamanı Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.