SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bazarlarda pomidor BAHALAŞDI - QİYMƏT

Bazarlarda pomidor BAHALAŞDI - QİYMƏT

  • 11 may 2025, 22:46

Adi pomidorun kiloqramı 1 manat 30 qəpik olduğu halda, bazarda kiloqramı 3 manata təklif olunan özbək sortu da satışdadır.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, satıcıların sözlərinə görə, əvvəllər ölkədə istixanaların azlığı səbəbindən xaricdən gətirilən məhsullar, o cümlədən özbək pomidoru üstünlük təşkil edirdi.

Keyfiyyətinə görə seçilən bu növ artıq yerli istixanalarda yetişdirilərək bazara çıxarılır.

Bəzi satıcılar qiymətinin yüksək olması səbəbindən bu pomidor növünü satışa çıxarmadıqlarını desələr də, özbək sortuna alıcı marağı kifayət qədər qalmaqdadır.

Ətraflı süjetdə: