Xəzər rayonu Binə qəsəbəsində yaşayış evləri su altındadır - Heç kim maraqlanmır

Xəzər rayonu Binə qəsəbəsində yaşayış evləri su altındadır - "Heç kim maraqlanmır"

  • 24 aprel 2025, 15:37
Bakı

Xəzər rayonu Binə qəsəbəsində yaşayış evləri su altındadır. Yurd.Media xəbər verir ki, 7 aydır sakinlər bu problemlə mübarizə aparırlar.

Sakinlər "Xəzər Xəbər"- ə bildiriblər ki, evləri oktyabr ayında yağan yağışlardan sonra bu vəziyyətdədir:

"Oktyabrda yağışlar yağanda hamının həyəti su ilə doldu. Suyun içərisində yaşayırıq və heç kim maraqlanmır".

Kanalizasiya sisteminin olmaması vəziyyəti daha da pisləşdirib.

"Suyun axar yeri yoxdur, yəqin ki, dərələrə axır. Yer yoxdur ki, aparat alıb yerləşdirək. Aparatların da qiymətləri bahadır və biri kifayət etmir",- deyə şikayətçilər bildiriblər.

Problemlərlə bağlı dəfələrlə müraciətlərə baxmayaraq, vəziyyət dəyişməyib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatından bildirilib ki, qeyd olunan ünvanda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. İntensiv yağıntılar zamanı bu kimi ərazilərdə yağış sularının ətrafa toplanması müşahidə olunur. Buna görə də şiddətli yağış yağdıqda Su Kanal İdarəsinin əməkdaşları əraziyə cəlb edilir və bu istiqamətdə işlər aparılır.