SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sumqayıtda 600 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq

Sumqayıtda 600 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq

Sumqayıt

Bu gün saat 12:00-dan Sumqayıt şəhərinin bəzi yerlərində qazla təchizatında fasilə yaranacaq.  

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirlib ki, şəhərin Xəzər bağları ərazisində yerləşən Sürücülük məktəbinin yaxınlığında qazi ailəsinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra təbii qaz təchizatı bərpa ediləcək.

Prime Leasing
SPE Annual Caspian