SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Qaz təchizatıyla əlaqədar insanların sağlamlığına və əmlakına dəyən zərər ödəniləcək

Qaz təchizatıyla əlaqədar insanların sağlamlığına və əmlakına dəyən zərər ödəniləcək

  • 19 avqust 2025, 16:00

Qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir.

Yurd.Media xəbər  verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Qaz təchizatı haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.

Prime Leasing
SPE Annual Caspian