SÜJET
Naxçıvan şəhərində yerləşən Heydər Məscidi, eləcə də Sarvanlar, Pirqəmiş məscidləri və muxtar respublikanın rayonlarında Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, qan donorluğunun təşviqi və ehtiyacı olan xəstələr üçün qan ehtiyatlarının artırılması məqsədi daşıyan aksiya zamanı, ümumilikdə, 336 nəfərdən 168 litr qan tədarük edilib.