SÜJET
Aşura günü münasibətilə Gəncənin “İmamzadə” dini kompleksində könüllü qanvermə aksiyası təşkil olunub.
Yurd.Media xəbər verir ki, səhər saatlarından başlayan aksiyada idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb.
Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlandıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyası gün ərzində davam edəcək.