SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Metroda qatarlar niyə gecikmə ilə hərəkət edir ? - AÇIQLAMA

Metroda qatarlar niyə gecikmə ilə hərəkət edir ? - AÇIQLAMA

  • 07 may 2025, 10:58
Bakı

Metronun "Həzi Aslanov" stansiyasından "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarların gec gəldiyi bildirilir.

Yurd.Media Oxu.Az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sözügedən istiqamətdə hazırda qatarlar 5-6 dəqiqə fasilə ilə hərəkət edir.

Onlar bildiriblər ki, 4 stansiyanı 35 dəqiqəyə qət ediblər.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda heç bir nasazlıq yoxdur:

"Bakı metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil. Bir sıra stansiyalarda sıxlıq səbəbindən tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır".

Xatırladaq ki, mayın 3-də "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb. Nəticədə qatarların hərəkətində qismən gecikmələr müşahidə olunub.