SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Məktəbin qarşısında piyada zolağı SİLİNDİ: Təhlükəli vəziyyət YARANDI

Məktəbin qarşısında piyada zolağı SİLİNDİ: Təhlükəli vəziyyət YARANDI

  • 30 aprel 2025, 21:45
Bakı

Xəzər rayonu Əli İsazadə küçəsi, Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin qarşısında piyada zolağı silinib.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidə piyada keçidini göstərən heç bir nişan da yoxdur.

Sakinlərin sözlərinə görə, burada 2 il əvvəl piyada zolağı çəkilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır.

Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir.

Əraziyə baxış keçirilərək, çatışmazlıqlar aradan qaldırılacaq.

Ətraflı süjetdə: